“Bu, gələcək karyerama öz müsbət təsirini göstərəcək” “Şamaxı”nın futbolçusu

“Şamaxı”nın futbolçusu Rəhman Daşdəmirov əyalət klubu ilə yeni müqavilə imzalamasına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Yeni müqavilə imzaladığım üçün klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkür edirəm. İnkişaf etdiyim klubda yeni müqavilə təklifi mənə böyük inamın nəticəsidir və bu, gələcək karyerama öz müsbət təsirini göstərəcək. Mən də həm “Şamaxı” üçün, həm də özümün imkişafım üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.

İnanıram ki, uğurlu olacaq. Başda məşqçilərim Vüqar Əsgərli və Cavid Hüseynov olmaqla üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right