Son çempion Mingəçevirdən 3 xalla qayıdır

Futbol üzrə Azərbaycan I Divizionunda XIV tura start verilib.

Newsport.az-ın məlumatına görə, bu gün "Mingəçevir" doğma meydanda son çempion "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Mingəçevir" isə 13 xalla 13-cü yerdədir.

"Mingəçevir" - "Qaradağ Lökbatan" 0:2

Qollar: Elnur Cəfərov, 51 (pen), Ceyhun Muxtarlı, 57

Qırmızı vərəqə: Tural Məmmədzadə, 62





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right