Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin vəfatından 25 il ötür.
Newsport.az-ın məlumatına görə, bu gün mərhum futbolçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.