Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın daha iki ilk oyunu baş tutacaq.
Newsport.az xəbər verir ki, günün ilk oyunu Gəncədə keçiriləcək.
Burada qərb derbisi çərçivəsində “Kəpəz”lə “Turan Tovuz” komandaları üz-üzə gələcək.
Digər oyun isə “Səbail”lə “Sabah” arasında keçiriləcək.
Xatırladaq ki, ilk oyun günündə “Zirə” “Neftçi”yə 1:0 hesabıyla qalib gəlibsə, “Qarabağ” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 2:2.
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
9 dekabr
14:00. “Kəpəz” – “Turan Tovuz” - 1:2
Qol: Abdullahi Şuaybu, 9 - Runi Eva, 52 (p). Ehtiram Şahverdiyev, 64
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gəncə şəhər stadionu.
17:00. “Səbail” – “Sabah” - 3:2
Qollar: Kizito Luvaqa, 27. Franko Mazurek, 62; 73 - Kristian Sebalyos, 80, Davit Volkov, 90+5
Qırmızı vərəqə: Nicat Mehbalıyev, 12 ("Sabah")
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”.