Uduzmayan komandaların siyahısında dəyişiklik, "14-lük"də "Qarabağ" da yer alıb

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandaların siyahısında dəyişiklik olub.
 
Newsport.az-ın araşdırmasına görə, 14 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.
 
"Köhlən atlar" son olaraq Premyer Liqanın XVI turunda "Neftçi"ni dörd cavabsız qolla üstələyib.
 
Top-5 liqalarda yalnız İtaliyanın "Napoli" və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.
 
Məğlubiyyətlə üzləşən Ukraynanın "Dnipro-1", "Şaxtyor" və Maltanın "Hamrun" klubları əvvəlki siyahıdan kənarda qalıb.
 
"Napoli" (İtaliya) - 13 qələbə, 2 heç-heçə
 
PSJ (Fransa) - 13 qələbə, 2 heç-heçə
 
"Benfika" (Portuqaliya) - 12 qələbə, 1 heç-heçə
 
"Srvena Zvezda" (Serbiya) - 17 qələbə, 2 heç-heçə
 
"Panatinaikos" (Yunanıstan) - 12 qələbə, 1 heç-heçə
 
"Qarabağ" 14 qələbə, 2 heç-heçə
 
"Pafos" (Kipr) - 9 qələbə, 4 heç-heçə
 
TNS (Uels) - 13 qələbə, 2 heç-heçə
 
"Svift Hesperange" (Lüksemburq) - 12 qələbə, 2 heç-heçə
 
"Klaksvik" (Farer adaları) - 25 qələbə, 2 heç-heçə
 
"Atletik Eskaldes" (Andorra) - 8 qələbə, 4 heç-heçə
 
"Europa", "Linkoln" (Cəbəllütariq) - hər ikisi 7 qələbə, 1 heç-heçə
 
"Tre Penne" (San-Marino) 7 qələbə, 3 heç-heçə




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right