"Qarabağ"ın rəqibi kubok uğrunda mübarizə aparacaq

Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan "Gent" sabah yoxlama görüşü keçirəcək.

Newsport.az xəbər verir ki, Ağdam klubunun qarşılaşacağı belçikalılar Kornelis kuboku üçün oyuna çıxacaq.

Belçika klubu eyni şəhərin digər təmsilçisi "K.R. Gent"lə üz-üzə gələcək.

Matç dekabrın 7-də Gentdə "Çillaks Arena"da keçiriləcək.

Xatırladaq ki, "Qarabağ"la "Gent" klublarının oyunu fevralın 16-da Bakıda, bir həftə sonra isə Belçikada oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right