Belarusdan qayıdan braziliyalı "Sabah"ın məşqlərinə qoşuldu

“Dinamo”da icarə əsasında çıxış edən Hiqor Qabriel Azərbaycana qayıdıb.

Newsport.az saytına verilən məlumata görə, oyun praktikasını artırmaq üçün yayda Minsk klubuna yollanmış braziliyalı artıq "Sabah"ın düşərgəsindədir.

“Fluminense”dən Masazır klubuna gələn Qabriel artıq komanda ilə birlikdə məşqə də çıxıb. 

O, müqavilə ilə "Sabah"a məxsusdur. Futbolçunun Premyer Liqa təmsilçisi ilə 2024-cü il dekabrın 31-nə qədər müqaviləsi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right