Rusiyalı məşhur futbolçu Azərbaycanda oynaya bilər

Rusiya mətbuatında İtaliyanın B seriyası təmsilçisi “Venesiya”nın rusiyalı yarımmüdafiəçisi Denis Çerışevin "Sabah"a gedəcəyi barədə xəbərlər yayılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə eurostavka.ru saytına azərbaycanlı agentlərdən biri bildirib: "Bu mövsüm "Sabah"dan geniş ehtiyat heyət tələb edir. Üstəlik, "Sabah bu mövsüm 100 faiz avrokuboklara vəsiqə qazanacaq. Çerışev kimi oyunçular isə orada qızıla bərabərdir. “Sabah” "Venesiya"da yüksək maaş aldığına görə Çerışevi icarəyə götürə bilər”.

Lakin komandanın mətbuat xidmətinin əməkdaşı eurostavka.ru-nun Çerışevlə maraqlandığını təkzib edib.

Qeyd edək ki, "Sabah"ı rusiyalı mütəxəsiss Murad Musayev çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right