Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, turun son günündə bir matç oynanılıb.
Astara Olimpiya İdman Kompleksində baş tutan görüşdə "Gəncə" "Olimpik"i (Şəki) 105:80 hesabı ilə məğlubiyyətə uğradıb.
Aktivindəki xalların sayını 15-ə çatdıran Gəncə klubu liderliyi ələ keçirib. "Sabah" 14 xalla ikinci, NTD 13 xalla üçüncü pillədədir.