Rəşad Sadıqov: "Orxan Məmmədovun istedadına bələdəm, futbolu yaxşı bilir"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"la matçdan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, Sadıqov Azərbaycan Premyer Liqasının 16-cı turunda 2:1 hesabı ilə qalib gəldikləri görüş haqda bunları deyib:

"Vacib oyun idi. Bu turda bir daha gördük ki, çempionatda rahat oyun olmur. Matçın sonları gərgin keçdi. Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. "Turan Tovuz" Premyer Liqanın möhkəm komandalarından biridir. Ayxan Abbasovun işlədiyi komandalar hər zaman intizamı və xarakteri ilə seçilir. Ağıllı futbol oynayırlar. Özümüzə gəldikdə, oyunboyu hücum etdik, qol epizodlarımız çox idi. Lakin Kamal Bayramovun yaxşı qurtarışları var idi. Bu da, futbolçularımızda gərginlik yaradırdı. Amma nəticə istədiyimiz kimi oldu. Şükürlər olsun ki, çox vacib olan üç xalı qazandıq".
-  İlk dəqiqələrdən hücum etsəniz də, qollarınızın gec gəlməsini nə ilə əlaqələndirirsiniz?
- Kamal Bayramov yaxşı çıxış etdi. Rəqibin müdafiə xətti də etibarlı idi. Şükürlər olsun ki, sonda fərqləndik və qalib gəldik. Matç heç-heçə bitsəydi də, nümayiş etdirdiyimiz oyundan razı qalacaqdım. Əslində, oyun elə gedirdi ki, heç-heçə bitməliydi. Çünki qol imkanlarından yararlanmadıqca, futbolçularda stress yaranır. Yaxşı ki, həmin anda standart vəziyyətdən qol vurduq və futbolçular daha rahat oynamağa başladılar.
- Ölkə kubokunun 1/4 final mərhələsində çətin durumda olan "Neftçi" ilə üz-üzə gələcəksiz. Matç haqda fikriniz necədir?
- "Neftçi" "Sabah"la oynadıqdan sonra bizlə qarşılaşırdı. Həmin oyunda uduzmuşdular və hamı onların çətin durumda olduğunu deyirdi. Amma Zirədə ən yaxşı oyununu keçirmişdi. Ona görə də, belə şeyləri düşünmürük. Qarşımızda ən güclü "Neftçi"ni gözləyirik. Ona uyğun da hazırlaşıb, mübarizə aparacağıq.
- Bir neçə gün əvvəl KOBİA SOCARı "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun vurduğu qolla məğlub etmişdi. Yəqin ki, bu dəfə Orxan Məmmədovun komandasının "Neftçi"yə qalib gəlməsini gözləyənlər olar...
- Bu barədə düşünmürük. Şirkətlər arasında turnir keçirilir. Bəzən mən də gedib izləyirəm. Maraqlı oyunlar oynanılır. Orxan müəllimin futbol istedadına çox yaxşı bələdəm. Orada 30-40 maraqlı qollar oldu. Bəzən onunla zarafat edirik ki, bəlkə, 10-15 dəqiqə lazım olanda...Orxan bəy istedadlı insandı, futbolu da yaxşı bilir, uşaqlıqdan da futbol azarkeşidir. Daim də özü oynayır. Həmin məqamda da çox maraqlı qol vurdu. Bu gün Hamidu Heytanın vurduğu qola bənzəyirdi. Topu sağa çəkib ustalıqla zərbə yerinə yetirdi. Onun adına sevinirdim. Amma həmin oyunla bizim oyunu bağlamaq düzgün olmaz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right