“Qarabağ” rekordçular arasında

Bu gün start götürəcək Avropa Liqasının pley-off mərhələsinin rekordçuları açıqlanıb.

 Newsport.az-ın məlumatına görə, 2009/10 mövsümündən indiki formatda keçirilən yarışda 7-ci dəfə pley-off oynanılacaq. Bu raundda ən çox iştirak edən klub isə PAOK-du. Yunanıstan təmsilçisi 6-cı dəfə pley-offa qatılacaq.

 
Cari mövsümədək PAOK-a şərik olan "Brügge” (Belçika), "Dnepr”, "Metallist” (hər ikisi Ukrayna), "Partizan” (Serbiya), PSV (Hollandiya), "Rapid” (Avstriya ) və "Trabzonspor” (Türkiyə) hərəyə 5 dəfə pley-offa qatılıb. Daha 5 komanda isə cari mövsüm onlara çatır.
 
Bu komandalardan biri təmsilçimiz "Qarabağ”dı. 2009/10, 2010/11 və 2013/14 mövsümlərində pley-offa yüksələn, 2014/15 və 2015/16 mövsümlərində Çempionlar Liqasının III təsnifat mərhələsində uduzduğu üçün bu raundda oynayacaq Ağdam təmsilçisi 5-ci dəfə qrupun bir addımlığındadı. HİK (Finlandiya), "Alkmaar” (Hollandiya), "Styaua” (Rumıniya) və "Sparta” (Çexiya) da "Qarabağ” kimi 5-ci cəhdini gerçəkləşdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right