"Qəbələ" ilə "Səbail"in 35-ci dueli

Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Səbail”lə görüşəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Bu görüş rəqiblər arasında 23-cü duel olacaq. Əvvəlki 22 oyunda “Qəbələ” üstünlüyə malikdir. 12 qələbəsi olan “qırmızı-qaralar”5 görüşdən sülhlə ayrılıb və eyni sayda matçda uduzub. 40 qol vuran komanda 22 top buraxıb. Baqali Dabo “Səbail”ə daha çox - 6 qol vurub.

“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 20 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 10 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. Digər 5 oyunda “Səbail” qalib gəlib. 35 qol vuran “Qəbələ” 20 top buraxıb.

“Qəbələ” 11-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək "qırmızı-qaralar" evdəki 10 görüşdə uduzmayıb. 7 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 22 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

Dekabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 14:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right