“Neftçi” azarkeşlərindən klub prezidentinə etiraz “İstefa!”

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi” əzəli rəqibi “Qarabağ”a ağır məğlubiyyətə uğrayıb - 0:4.
 

Newsport.az-ın məlumatına görə, “ev”dəki bu ağır məğlubiyyət “Neftçi” azarkeşlərinin etirazına səbəb olub. Matçın sonlarından başlayaraq, onlar klubun prezidenti Kamran Quliyevi istefaya səsləyiblər. “Kamran istefa” deyə azarkeşlər etiraz ediblər.

Əlavə edək ki, bu mövsüm ilk dövrədə də “Neftçi” “Qarabağ”a uduzub - 1:3. Hazırda onlar turnir cədvəlində lider “Qarabağ”dan düz 12 xal geri qalmaqla 3-cü yeri tutur. 

Xatırladaq ki, “Neftçi”nin Müşahidə Şurasının (MŞ) rəhbərliyində dəyişiklik baş verib. Klubun rəsmi saytında yerləşdirilən məlumata əsasən, noyabrın 30-dan başlayaraq MŞ-nin sədri vəzifəsini Xalq yazıçı Cingiz Abdullayev yox, SOCAR prezidenti Rövşən Nəcəf icra edir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right