"Kəpəz", "Şamaxı" və "Səbail" cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.);

Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.);

“Kəpəz” klubunun 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right