Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Lider “Qarabağ” səfərdə əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisini Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bu turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə ayın 4-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
16-cı tur
2 dekabr
21:00. “Neftçi” – “Qarabağ” - 0:4
Qollar: Kadi Borges, 37,83,Abdullah Zubir, 60, Ramil Şaydayev, 67
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”