“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Qazaxıstan millisinin üzvü Nurali Alip Azərbaycanda çıxış edə bilər.

Newsport.az “euro-football.ru”ya istinadən xəbər verir ki, hazırda Rusiyanın “Zenit” klubunda oynayan 23 yaşlı müdafiəçi ilə “Qarabağ” və “Neftçi” maraqlanır.

Rusiyanın “Pari Nijni Novqorod” klubunun da Nuralini heyətinə cəlb etmək istədiyi bildirilib.

Qeyd edək ki, Nurali Alip müqavilə ilə Qazaxıstanın “Kayrat” klubuna məxsusdur və “Zenit”də icarə əsasında çıxış edir. Transfermarkt portalı klubu ilə 2023-cü ilin sonuna qədər müqaviləsi olan futbolçunun transfer dəyərini 1,2 milyon avro müəyyənləşsirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right