SOCAR prezidenti "Neftçi"nin yeni rəhbəri oldu

"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər edilib.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.  MŞ-in yeni  sədri SOCAR prezidenti Rövşən Nəcəf olub. O, Çingiz Abdullayevi əvəzləyib. Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər. Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Reklamınızı SmartBee ilə effektiv edin.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right