"Sabah"da mütləq rekordçu

"Sabah"ın futbolçusu Amin Seydiyev üçün Misli Premyer Liqasının 15-ci turunda "Turan Tovuz"la oyun (1:0) əlamətdar olub. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisinin heyətində 68-ci oyununu keçirən müdafiəçi, bu sahədə klubun tarixində mütləq rekordçu olub. Bundan öncə Amin komandanın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.

Qeyd edək ki, Seydiyev “Sabah”ın heyətində yüksək liqada 64, ölkə kubokunda isə 4 matç keçirib

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right