Murad Musayev: "Qarabağ" yorğun görünürdü, onlar heç vaxt bu qədər ləng oynamayıb"

"Çətin qələbə qazandıq. Xarakter nümayiş etdirdik. Regionda oynamaq həmişə çətindir. Xüsuilə də meydança sünii örtükdürsə, işiniz daha da çətinləşir. Çünki futbolçular tez yorulur. Bəzi çatışmazlıqlarımız var. Vurduğumuz qoldakı kimi, əvvəldən daha tez oynamalı idik. Diqtə edən tərəf biz idik. Bura qədər gəlib bizə sonacan dəstək olan "Sabah" azarkeşlərinə təşəkkür edirəm. "Turan Tovuz" azarkeşlərinə də həmçinin. Onlar bizi çox yaxşı qarşıladı. Tovuzlu azarkeşlər futbolu yaxşı bilirlər. Ötən tur "Qarabağ"ı xoş qarşılamışdılar, bu dəfə isə bizi. "Turan Tovuz"a daha çox qələbələr, azarkeşlərinə daha çox sevinc arzu edirəm.

Newsport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 15-ci turunun "Turan Tovuz"la oyunundan sonra deyib. O, komandasının 1:0 hesablı qələbəsini şərh edərkən jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"ın dünən xal itirməsi, "Sabah" üzərində əlavə təzyiq yaratmışdı?
- Turnir cədvəlinə baxmaq hələ ki, tezdir. Öz oyunumuza köklənməliyik. "Qarabağ"ın xal itirməsi bizdə gərginlik yaratmamışdı. Bizə gərginliyi rəqib və meydança yaratdı.  Kiminsə hazırda turnir cədvəlinə fikir verdiyini düşünmürəm. "Qarabağ" dünən yorğun görünürdü, onlar heç vaxt bu qədər ləng oynamayıb. Onlar sezona erkən başlayıb. Hər oyun ağır keçir. İlin sonuna yaxın yorğunçuluq hiss edilir.

- Tovuzdakı atmosferi bəyəndiniz?
-  Hər şey yaxşı idi. Mənim yaşadığım yer balaca rayondu, orada da insanlar futbolu çox sevir. Qələbə olanda daha da sevinirlər. İstirahət günü olsaydı, daha çox azarkeş gələrdi matça. Stadiona gələndə akademiya binası gördüm. Burada uşaqlar yetişirsə, daha gözəldi.

- Qış toplanışızla bağlı planlarınız necədir? Transferlər olacaq?
- Əgər komandanı gücləndirə biləcək oyunçu olsa, götürəcəyik. Yanvarın 6-da Antalyada toplanacağıq. İki həftə hazırlaşacağıq, "Voyvodina" ilə oyunumuz təsdiqlənib. Yəqin ki, digəri "Lex"dir. "Neftçi" ilə oyundan bir həftə əvvəl isə Bakıya qayıdacaq.

- Dünya çempionatı davam edir. Mundialda yeni tendensiya gördüz? 
Yeni tendensiya görməmişəm. Çox oyuna baxmağa çalışıram. Ən yaxşı, keyfiyyətli oyun Almaniya və İspaniya arasında keçirildi. Finala yaxın oyun idi. Yüksək pressinq göründü. Güclü Braziliya millisini görürük. Onlar müdafiədə çox etibarlıdır. Heç kim onların qapısına zərbə endirə bilmir. Argentina gözlədiyimiz kimi deyil. Fransa isə güclü futbolçularının keyfiyyəti hesabına oynayır. Məşqçilərin vaxtı çox azdır. Yaxşı futbol görülür. Amma ötən Avropa çempionatı daha çox xoşuma gəlmişdi.

- Müqavilə ilə "Sabah"a məxsus olan Şakir Seyidovla Veysel Rzayev haqda hansı fikirdəsiniz?
- Şakirin meydanda can yandırması təqdirəlayiqdir. Gördüyüm qədərilə fərqli mövqedə çıxış edir. Peşəkarlığı, oyuna yanaşması həmişə yüksəkdir. Veysəl komandanın heyətində stabil çıxış etmir.

- Davit Volkov meydana sonradan daxil edilmək üçün transfer olunub, yoxsa hələ hazır deyil?
- Hamı kimi, o da hazırdır. İki mərkəz hücumçumuz var. Səviyyəcə bir-birinə yaxındırlar. Hansı hazırdırsa, o da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right