UEFA "Nant"ın "Qarabağ"la oyundakı qayda pozuntusuna görə cəzasını dəyişdi

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının G qrupunun 5-ci turunun “Nant”- “Qarabağ” (2:1) matçında Fransa klubuna verdiyi cəzanın bir hissəsini ləğv edib.

Newsport.az xəbər verir ki, “Nant” 42 min avroluq cərimə və klubun növbəti ev oyunu üçün tribunalardan birinin bağlanması ilə bağlı apellyasiya şikayəti etmişdi. 

Apellyasiya şikayəti qismən təmin edilib.

​Belə ki, tribuna bağlanmayacaq. Lakin “Nant” bu dəfə 50 min avro cərimə ödəməli olacaq.

​Eyni zamanda, sözügedən stadionun qismən bağlanması ilə bağlı kluba 2 il sınaq müddəti verilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right