Sumqayıtda bərabərlik, Tovuzda "Sabah" qalib gəldi Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” liderlər qrupunda qərarlaşmış “Sabah”ı qəbul edəcək.

Turun qapanış matçında isə “Sumqayıt” və “Qəbələ” komandaları üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə “Neftçi” “Səbail”ə qalib gəlibsə (3:1), “Şamaxı” – “Kəpəz” (1:1) və “Qarabağ” – “Zirə” (0:0) matçlarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası, XV tur
29 noyabr

14:00. “Turan Tovuz” – “Sabah” - 0:1 

Qol: Aleksey Kaşuk, 80
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ” - 1:1

Qollar:  Todor Todoroski, 79 - İsnik Alimi, 74 (p) 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right