Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti səfər oyununun biletləri satışa çıxarılıb.
Newsport.az Malta Futbol Assosiasiyasının rəsmi saytına əsasən xəbər verir ki, biletlər 3 kateqoriya üzrə satılacaq.
Qərb tribunasına bilet əldə etmək istəyənlər 15 avro ödəməli olacaq. Bu ən bahalı biletlərin olduğu bölümdür. Millenium tribunasına biletlərin qiyməti isə 8 avroyadır. Bura uşaqların girişi 5 avroya başa gələcək.
Qeyd edək ki, sentyabrın 6-da baş tutacaq Malta – Azərbaycan oyunu Ta-Qalidəki Milli stadionda keçiriləcək.