"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunu buraxacaq

"Qarabağ" Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, "atlılar"ın müdafiəçisi Marko Veşoviç sözügedən səfər oyununu buraxacaq. Bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə matçdan sonra deyib. O, monteneqrolu müdafiəçinin zədə səbəbindən "Neftçi" ilə oyunda olmayacağını bildirib.

Dekabrın 2-də keçiriləcək "Neftçi" - "Qarabağ" görüşü saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right