"Futbolçularımız ən yaxşısına layiqdir" Vüqar Əsgərli

"Matç gözlədiyimizdən də çətin keçdi. "Kəpəz" bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi. Biz özümüz də çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı".
 
Newsport.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 15-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
 
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadılar. Onlara təşəkkürümü bildirirəm. Ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik. Qarşıdakı turlarda "Kəpəz"ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right