Kamerun millisinin qapıçısı Andre Onana DÇ-2022-nin 2-ci turunda Serbiya ilə matç öncəsi intizamsızlıq səbəbi ilə yığmadan kənarlaşdırılıb.
Newsport.az "beIN Sports"a istinadən xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasının nümayəndəsi bildirib. O deyib: “Onana heyətdən kənarlaşdırılıb. Biz hər şeyi özümüz üçün bir az daha çətinləşdirdik".
Hazırda Onananın dəqiq olaraq hansı səbəbdən cəzalandırıldığı və cəza müddəti açıqlanmır. Onananın Afrika təmsilçisinin qapısındakı yerini Devis Epassi tutub.
Qeyd edək ki, bu gün keçiriləcək Kamerun - Serbiya matçı Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.