Bu gün Azərbaycan Premyer Liqasında millinin yoxlama oyunları ilə əlaqədar yaranan 14 günlük fasilə başa çatır.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 15-ci turun bir görüşü keçiriləcək. "Neftçi" "Səbail"i qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, turun digər oyunları 27-28 noyabr tarixlərində keçiriləcək.
27 noyabr (bazar)
16:00 "Neftçi" – "Səbail" 3:1
Qollar: Emin Mahmudov 28, 51 (p), 77 (p) - Məhərrəmli 63
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
“Bakcell Arena”