"Neftçi"dən nigeriyalı futbolçu ilə bağlı açıqlama

"Neftçi" nigeriyalı yarımmüdafiəçi Peter Olukanı baxışa dəvət olunması ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi məlumatı təkzib edib. Bu barədə "ağ-qaralar"ın televiziyasında məlumat verilib.

Qeyd edilib ki, "Neftçi" baxışa heç bir futbolçunu dəvət etməyib. Peter Oluka Bakı klubunun yarımmüdafiəçisi Yusuf Lavalın qohumudur. O, Bakıya babası ilə birlikdə Yusufu görməyə gəlib. 

Qeyd edək ki, "sports247" nəşri "Neftçi"nin Peter Olukanı baxışa dəvət etməsi ilə bağlı xəbər yaymışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right