"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının III turunun AZAL – “Qarabağ” oyununun keçirilmə vaxtı dəyişdirilib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, matç əvvəlcədən nəzərədə tutulduğu kimi avqustun 22-i yox, bir gün gec - avqustun 23-ü keçiriləcək.Buna  Ağdam klubunun avqustun 20-i Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Yanq Boyz"la (İsveçrə) qarşılaşması səbəb olub.


Canlı yayımla əlaqədar olaraq, “Zirə” –“İnter” matçı isə avqustun 22-i yox, avqustun 24-ü keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right