“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Emanuel Apeh “Sabah”ın heyətində het-trik edən ilk futbolçu olub.

Newsport.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, 2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək I Divizion, Azərbaycan Kuboku və Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

Emanuel Azərbaycan kubokunda fərqlənib. O, 1/8 finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub.

Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdır. Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi I Divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan Kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right