"Sabah"ın məşqçisi: "Çempionat və ya kubok matçının fərqi yoxdur"

"Sabah" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"ı 5:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra Premyer Liqa təmsilçisinin məşqçisi Vitali Korneyev jurnalistlərin suallarını cavablandırıb:

- Heyətdə rotasiyalar etmişdik. Oyun bizim diqtəmiz altında keçdi. Az oynayan futbolçulara özlərini göstərmək üçün fürsət verdik. Bəzi şeylər istədiyimiz kimi alınmasa da, nəticədən razıyıq.

- İkinci hissədə gənclərə şans verdiniz. Onları ilk hissədə niyə meydana buraxmadız?

- Biz bu matça elə-belə oyun kimi baxmırdıq. Ona görə də gənc futbolçulara ikinci hissədə şans verdik. Matçın çətin olacağını düşünürdük. Səbəb budur.

- Daha çox standart vəziyyətlərdən qol vurmağa çalışırdız. Bunun səbəbi nədir?

- Düzdür standard vəziyyətdən qol vurduq. Amma oyunu bunun üzərində qurmamışdıq. Cinahdan asmalar edirdik. Standart vəziyyətlər futbolun bir hissəsidir. Bunu oyundan çıxarmaq olmaz.

- Çempionatın növbəti turunda "Səbail"lə qarşılaşacaqsız. Bu oyun haqda nə düşünürsüz?

- Biz azarkeşlər üçün oynayırıq. Çempionat və ya kubok matçının fərqi yoxdur. Rəqibin "Qarabağ", "Səbail" və ya başqası olmasından asılı olmayaraq qələbə qazanmaq üçün oynayırıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right