Rəşad Sadıqov: "Bu, üzərimizdəki təzyiqi daha da artırırdı"

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mingəçevir"i səfərdə 2:0 məğlub edən "Zirə" növbəti mərhələyə vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov görüşlə bağlı danışıb:

"Çox vacib qələbə qazandıq. 1/8 final mərhələsi bir oyundan ibarətdi. Bu, üzərimizdəki təzyiqi daha da artırırdı. Futbolçularıma təşəkkür edirəm. Şəraiti də nəzərə alsaq, onlar çox peşəkar və intizamlı oynadılar. Bizim üçün çox vacib qələbə idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right