Əhmədov: “Fasilədən sonra rəqib daha yaxşı oynadı”

“Kəpəz” “Sumqayıt”ı məğlub edib Azərbaycan Kubokunda ¼ finala yüksəldi. Ev matçındakı uğur Gəncə klubunda əhval-ruhiyyəni də qismən düzəltdi.

Komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra veriyi açıqlamada qələbənin önəmindən danışıb: “Bu mərhələdə bir oyundan ibarət olan kubok mübarizəsi həmişə çətin olur. Hər iki komandanın şansları bərabər idi. İki fərqli hissə izlədik. Birinci hissədə biz üstün oynadıqsa, fasilədən sonra rəqib daha yaxşı göründü. Bu, açıq-aşkar hiss edilirdi”.

Əhmədov ilk yarıda boşa verdikləri şansladan danışarkən gileylənib: “İlk yarıda yaratdığımız qol epizodlarından lazımınca istifadə edə bilsəydik, bəlkə də ikinci hissədə bizim üçün daha asan olardı. Kubokun psixoloji oyun forması var. Bu gün qalib gəldiyimiz üçün çox sevincliyik. “Kəpəz”azarkeşlərini sevindirdiyimiz üçün xoşbəxtik. Mərhələ keçdiyimiz üçün futbolçularıma təşəkkür edirəm. Azarkeşlər də sağ olsunlar, bu ağır dönəmdə bizə dəstək olurlar. Komandamızın sona qədər mübarizə aparması, hesabı qoruması, düzgün oyun quruluşu məni sevindirdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right