“Qarabağ”a layiqli müqavimət göstərməyə çalışacağıq” - Elmar Baxşıyev

"Neçə tur idi ki, komandamız hücum edirdi, qol epizodları yaradırdı, ancaq onları dəyərləndirə bilmirdik. Bu oyun hücumda hər şey fərqli oldu. Nə fikirləşmişdiksə, komanda onu meydanda göstərə bildi. İnamlı qələbə qazandıq. Komandamı təbrik edirəm. Növbəti mərhələdə rəqibimiz "Qarabağ"dır. Komanda olaraq hazırlaşıb, layiqli müqavimət göstərməyə çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O, ölkə kubokunun 1/8 final mərhələsinin "Araz Naxçıvan"la(5:0) matçından sonra mətbuat konfransında iştirak edib. Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

- Birinci hissədə oyun istədiyiniz kimi alınmadı. Bu, arxayınçılıqdan irəli gəlirdi?
- Heyətimizdə az oynayan oyunçular var. Onlara da şans vermişdik. Bilirdik ki, bir az çətin olacaq. Amma komanda yaxşı reaksiya verib, daha yaxşı oynamağa çalışdı.

- Çempionat və kubok oyunlarını nəzərə alsaq, ardıcıl üç görüşünüz "Qarabağ"a qarşıdır. Nə dərəcədə çətin olacaq?
- Hansısa oyundan qabaq nə mən, nə də komandam uduzmağı düşünür. Fərqi yoxdur, hansı komanda ilə oynayırıq. "Qarabağ"ın gücü bəllidir. Futbolda oyundan əvvəl heç kəs təslim olmur. Biz də "Qarabağ"la oyunlara motivasiya olub, maksimumu etməyə çalışacağıq ki, uğurlu nəticə qazanaq.

- Sizin üçün uğurlu nəticə nədir?
- Hər şeyi edəcək ki, "Qarabağ"la mübarizədə mərhələni adlayaq.

- Rəqib birinci divizion klubu olsa da, boşluqlar verdiniz. Qarşınızdakı komanda "Araz Naxçıvan" yox, "Qarabağ" olsaydı yəqin ki, istifadə edərdilər....
- İkinci hissə daha çox hücumda olmağa başladıq. Fərqli hissələr oldu. "Araz Naxçıvan" da epizodlara girirdi. Bu da normaldır. Çünki komandamı daim hücumda görmək istəyirəm. Sırf qapanan komanda deyilik. Boşluqların olması anlaşılandır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right