Vüqar Əsgərli: "Ehtimal edirdik ki, "Turan Tovuz" bizimlə oyuna ciddi hazırlaşacaq"

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"a məğlub olan "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli oyundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, bölgə klubunun çalışdırıcısı komandasının 0:1 hesablı məğlubiyyəti barədə bunları deyib:

"Bizi çətin oyunun gözlədiyini bilirdik. Çempionat oyununda onları 3:1 məğlub etmişdik. Ehtimal edirdik ki, "Turan Tovuz" bizimlə oyuna ciddi hazırlaşacaq. Komandamın hər iki hissədəki oyununu yaxşı dəyərləndirirəm. Çoxsaylı qol imkanları yaratdıq, təəssüf ki, onları qola çevirə bilmədik. Həm hücum, həm müdafiədə yaxşı oynadıq. Futbolda "vurmayana, vurarlar" prinsipi işə düşdü, nəticədə uduzduq. Ancaq biz önümüzə baxırıq. Artıq növbəti oyunu düşünəcəyik. "Turan Tovuz"a gələcəkdə uğurlar arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right