Azər Bağırov: "Uduzsaq da, komandamın oyunundan ləzzət aldım"

"Mənim üçün çox maraqlı görüş idi. Gənc futbolçularımıza şans verdik, oynadılar. Onlar arasında heç birinci liqada oynamamış futbolçular var idi. İlk yarıda yaxşı mübarizə apardıq. Amma "Qəbələ"nin dəyişikliklər etməsindən sonra...İkinci hissədə yorğunluq da özünü biruzə verdi. Ani səhvlərdən ikinci və üçüncü qolları qapımızda gördük. Kompakt oyunu da itirmiş olduq. Uduzsaq da, komandamın oyunundan ləzzət aldım. Çünki ilk yarıda oynamaqdan qorxmadılar. Bayaq dediyim kimi, ikinci yarıda hardasa yorğunluq və stress öz təsirini göstərdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qəbələ" ilə qarşılaşan və 0:5 uduzan "Araz Naxçıvan" növbəti mərhələyə adlaya bilməyib. Naxçıvan klubunu çalışdırıcısı komandasının məğlubiyyətini şərh edib. O, Premyer Liqa və birinci divizion klubları arasındakı səviyyə fərqinin açıq-aşkar göründüyünü bildirib:

"Heyətimizdə 1997-2000-ci il təvəllüdlü oyunçular çoxdur. Digərləri isə 2000-2002-ci il təvəllüdlü uşaqlardır. Birinci liqadakı limit məsələsinin çox böyük təsiri var. Mövsümün əvvəlində biz oyunumuzu həmin limitə uyğun qururuq. Daha sonra kubokda Premyer Liqa komandasına qarşı oynayanda, bu, özünü göstərir. Oyuna hazırlaşmaq üçün isə maksimum 10 gün vaxtımız olur. Həmin ərəfədə nələrisə dəyişmək bəzən mümkün olur, bəzən yox. İki liqanı müqayisə edəndə, klubların büdcələri də ön plana çıxır. "Qəbələ"də futbolçuların ustalığı bəllidir, illərdir ki, avrokuboklar üçün oynayırlar. Amma "Araz Naxçıvan" 9 ildən sonra ilk dəfə kubokda mübarizə aparır. Daha yaxşı komanda quracağıq.

- İkinci hissədə nə baş verdi ki, komanda ardıcıl qollar buraxdı? 
- Ehtiyat heyətimiz kasaddır. Meydana daha çox yaşlı oyunçuları buraxmışdıq. Birinci liqada limit var, eyni anda meydanda beş 2002-ci il təvəllüdlü futbolçu olmalıdır. Bu da yaradıcı oyun qurmağa təsir edir. Birinci və Premyer Liqa arasında çox böyük fərq var. Limitdən çox şey asılıdır.

- Hazırkı komandadan neçə nəfərlə Premyer Liqada iştirak etmək olar?
- Bu gün mənim özüm üçün də maraqlı idi ki, kimlər Premyer Liqa klubu ilə rəqabətə tab gətirə bilər. Məncə, komandadan 10-15 faizi qala bilər. Qalanları barədə isə zaman hər şeyi göstərəcək. Ki, nə qədər inkişaf edəcəklər. Beş ay vaxtları var. Fərqi özünüz də hiss etdiz.

2002-ci il təvəllüdlü futbolçular arasında zədələnlər və psixoloji zədə alanlar da ola bilərdi. Biz onları 90 dəqiqə istismar edirik. Premyer Liqada 20 yaşında oynayan futbolçu barmaqla sayılacaq qədərdir. O da "Sabah"dadır. Yerdə qalan klubarda 20 yaşl futbolçu meydanda olmur. Hamısı təcrübəlilərdir.

- "Qəbələ"yə 0:5 hesablı məğlubiyyət futbolçularınıza necə təsir edəcək?
- "Qəbələ" oyunu futbolçulara daha da təkan və motivasiya verəcək. Onlardan razı qaldım. Futbol iki hissədən ibarətdir. Futbolçularım ilk yarıda nələri var meydanda qoydular. Bu gün hətta birinci liqada oyun keçirməyən oyunçunu meydana buraxmışdıq ki, Premyer Liqa klubuna qarşı oynasın. Səhvlər bizi üzür. Amma irəliyə baxacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right