Ayxan Abbasov: "Çətin oyun oldu, qol epizodlarımızdan istifadə etdik"

Ölkə kubokunun 1/8 final mərhələsinin "Şamaxı"ya qarşı keçirilən görüşündən sonra "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib. 

Newsport.az-ın məlumatına görə, Abbasov komandasının 1:0 qalib gələrək 1/4 finala vəsiqə qazandıqları görüş haqda danışıb:

"Növbəti mərhələyə vəsiqə qazandığımıza görə komandamı və azarkeşləri təbrik edirəm. Əlbəttə ki, çətin oyun oldu. "Şamaxı" son turların ən yaxşı komandalarındandır. Dörd oyundur ki, daha yaxşı çıxış edirlər, qalib gəlirlər, xal qazanırlar. Kubok matçı isə tam başqa atmosferdir. Oyunun gərgin keçəcəyini ehtimal edirdik. Ancaq səbirli olduq, qol epizodlarımızdan istifadə etdik. Artıq bu oyun geridə qaldı və bundan sonra çempionat matçları bizi gözləyir. Həmin oyunlara köklənəcəyik. "Şamaxı"ya da, bizə də uğurlar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right