Mahmud Qurbanov: "Premyer Liqa ilə biricinci divizion klublarının oyunları həmişə gərgin keçir"

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları start götürüb.

Newsport.az-ın məlumatına görə, "Səbail" bu mərhələdə MOİK-ə 4:0 qalib gələrək adını 1/4 finala yazdırıb.

Matçdan sonra Premyer Liqa klubunun çalışdırıcısı Mahmud Qurbanov görüşlə bağlı danışıb:

"Premyer Liqa ilə birinci divizion klublarının oyunların həmişə gərgin keçir. Çünki kubokdur, mərhələ də bir oyundan ibarətdir. Qələbə qazandıq. Amma o demək deyil ki, asanlıqla başa gəldi. MOİK yaxşı komanda təsiri bağışladı. Nəticədən razı qaldıq. Narazı qaldığımız epizod Emil Martinovun oyunun əvvəlində zədələnməsidir. Bu, bizi narahat edir. Ancaq uşaqlardan və nəticədən razı qaldım".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right