"Sabah"ın futbolçusu Aleksey Kaşuk Ukraynanın U-21 millisinin heyətində növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, futbolçu Gürcüstanın U-21 yığmasına qarşı yoxlama matçında start heyətində meydana çıxıb. Qoridə, Tengiz Burcanadze adına stadionda keçirilən görüş 1:1 hesablı bərabərliklə nəticələnib. Kaşuk matçda komandasının yeganə qoluna imza atıb.