"Heç kim deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdu" - Millimizin baş məşqçisi

Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv“Səbail”in ikinci komandasına 2:1 hesabı qalib gəlib.

U-18-in qollarını 51-ci dəqiqədə Sadiq Şəfiyev və 90-cı dəqiqədə Şahin Şahniyarov vurub. Oyundan sonra millimizin baş məşqçisi Nəbiyev əməkdaşımızın sualların cavablandırıb.

- Toplanış necə keçir? 

- Ayın 16-da başlamışıq, 24-nə qədər davam edəcək. Üç oyun fikirləşmişik. Özbəkistana qarşı beynəlxalq oyunumuz olmalıydı. Amma onlarda son anda problem çıxdı deyə, oyun təxirə getdi. Beynəlxalq oyun üçün komamda tapmaq çətindir. Ona görə də yerli komandalara müraciət etdik. Öncə "Zirə-2" ilə qarşılaşdıq. 23-də isə "Şamaxı-2" ilə qarşılaşacağıq. Toplanışda elə uşaqlar var ki, ilk dəfə milliyə cəlb edilir. Bir sıra zədəlilərimiz var idi, onlar uzun müddət bizimlə ola bilmədilər. Qısa vaxt ərzində üç oyun keçirəcəyik. Taktiki, texniki cəhətdən çalışmalarımız davam edir. Qısa vaxtda çox şeyləri ala bilməsək də, ən azından 40 faizini uşaqlara həyata keçirir. Bu, ilin son toplanışı olmalıdır bizdə. Növbəti il haqda isə yaxın vaxtda məlumat veriləcək. Birinci və ikinci oyunda uşaqlardan razı qaldıq. Təbii ki, çatışmazlıqlar var. Amma yavaş-yavaş onları aradan qaldırmağa çalışırıq.

- "Səbail-2" ilə görüşdə iki fərqli hiss izlədik. Niyə belə oldu? 
- "Zirə-2" ilə oyuna da 23 futbolçu dəvət etmişdik. Həmin matçda ilk hissə və ikinci hissə tam fərqli heyətlə oynadıq. Həmin oyunda da iki fərqli hissə oldu. "Səbail-2" ilə görüşdə də ikinci yarıda komandanın 95 faizini dəyişdik. İkinci yarıda meydana daxil olanlar, bizə yeni qoşulanlardı. Səhvlər olur, amma uşaqları çox qınaya bilmirəm. Çünki bizimlə uzun vaxt idi, birlikdə ola bilmirdilər. Növbəti ildən daha sıx görüşəcəyik, birlikdə olacağıq. Onda uşaqlardan istədiklərimizi ala biləcəyik.
- Hazırki yaş qrupundan gələcəkdə A millidə görə biləcəyimiz uşağın olacağına inanırsız? 
- Bu uşaqların potensiallılar var. Gələcəkdə A milliyə dəvəy olunacaq futbolçular olacaq. Ötən il 2005-ci illərin Türkiyə yığmasında bizə qarşı burada oynamış Arda Güler hazırda əsas milliyə cəlb edilir. Təbii ki, onu milliyə qazandıran klub olub. Klubun böyük haqqı var onun üzərində. Amma biz məşqçilər də əlimizi yanımıza sallamalı deyilik. U-13, U-14, U-15 və digər aşağı yaş qrupların liqalarını izləyirik. Perspektivli uşaqlarımız var. Heç kim deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdu, bunu qəbullana bilmirəm. Azərbaycanda futbolçu var. Biz məşqçilərin üzərinə çox şey düşür. Onları inkişaf etdirməyə çalışmalıyıq. Aşağı liqalarda dəyişmələr çox deyil. Qələbəyə görə məşqçilər əvəzetmə eləmir ki, birdən məğlub olarlar, ehtiyatda oturan uşaqlardan çox istifadə etmirlər. Problemlərimiz budur. Mən milli məşqçisi olaraq deyirəm ki, vəzifəmiz uşaqları inkişaf etdirməkdi. Gələcəyinə böyük ümidlər vəd olunan uşaqlar var. Özü də hər yaş qrupunda. İnanıram ki, yavaş-yavaş istədiklərimizə nail olacağıq. Hər dəfə deyirik ki, vaxt lazımdır. Bölgələrdə də komanda sayı artır. Mətbuatdan oxuduğum qədərilə növbəti ildə də komanda sayı artacaq. Komanda sayının artımı, Azərbaycan futbolu adına bir neçə futbolçunun sayının artması deməkdir. U-21 yığmasına dəvət edilmiş kapitanımız Rüfət Abbasov var. Sevindirici hal odur ki, indidən U-21 yığmasına oyunçumuz dəvət olunub.
- İlin sonunda AFFA ilə müqaviləniz başa çatır. Bununla bağlı federasiya ilə danışığınız olub? 
- Xeyr. Çünki müqavilə ilin sonunda bitəcək. Bu barədə danışıq olmayıb. Amma normalda U-18 dəki məşqçilər, futbolçular sonradan U-19 olmuşdu. Hələ ki, gözləyirik. Allah qoysa, hər şey istədiyimiz kimi olar. Bu yaş qrupunu iki ilə yaxındır ki, tanıyırıq. Uşaqların nə bacardığını bilirik. Hər toplanışdan sonra inkişaf etmişik. Komandamız yavaş-yavaş yuxarıya doğru getmək istəyir. İnanıram ki, növbəti il bu komanda U-19 olacaq və seçmə mərhələ oynayacağıq. İnanıram ki, qrupdan çıxan komandalardan biri də biz olarıq. Çünki bu komandaya ümidim çoxdur. Toplanışdan-toplanışa inkişaf açıq-aşkar görünür.
Hacı Mərdan




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right