Bu gün Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniyanın qonağı olub.
Skopyedəki matç millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, millimizin ardıcıl beşinci qələbəsi olub.
20 noyabr
Yoldaşlıq oyunu
Şimali Makedoniya - Azərbaycan 1:3
Qollar: Bardi (p) 25 - Elvin Cəfərquliyev 38, Musa Qurbanlı 65, Ramil Şeydayev 88