Canni De Byazi: "Seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu"

Bu gün Skopyedə, “Todor Proeski Milli Arena”da keçirilmiş Şimali Makedoniya - Azərbaycan beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazi çıxış edib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis səfərdəki 3:1 hesablı qələbə barədə bunları deyib:

"Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu.

Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var.Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right