"Qarabağ"ın daha bir futbolçusu əsas millimizdə qol hesabını açıb.
Newsport.az-ın məlumatına görə, Musa Qurbanlı hazırda ikinci hissəsi oynanılan Şimali Makedoniyaya qarşı yoxlama oyununda (2:1) fərqlənib. 22 yaşlı oyunçu 65-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Beləliklə, M.Qurbanlı əsas millidə 5-ci oyununda 1-ci qolunu vurub.
Qeyd edək ki, bu gün "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev də millidə qol hesabını açıb.