Milli komandadan “Səbail” üzərində qələbə

Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin  rəhbərlik etdiyi kollektiv“Səbail”in ikinci komandasına 2:1 hesabı qalib gəlib.

U-18-in qollarını 51-ci dəqiqədə Sadiq Şəfiyev və 90-cı dəqiqədə Şahin Şahniyarov vurub.

Xatırladaq ki, U-18 bundan öncə “Zirə”nin əvəzediciləri ilə oyundan heç-heçə (1:1) ilə ayrılmışdı.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right