"Qarabağ"ın sabiq legioneri milli komandamızın oyunçuları ilə görüşdü Foto

Bu gün Azərbaycan millisi növbəti yoxlama oyununu Şimali Makedoniyaya qarşı keçirəcək.

Newsport.az xəbər verir ki, oyundan öncə uzun illər "Qarabağ"da oynamış Muarem Muarem Azərbaycan millisinin düşərgəsini ziyarət edib.

O, "Qarabağ"da birlikdə oynadığı futbolçularla görüşüb.

Futbolçu bununla bağlı instaqram hesabında paylaşım edərək belə yazıb: "Qardaşları görmək xoş idi".

Xatırladaq ki, hazırda "Qostivar" klubunda oynayan yarımmüdafiəçi Şimali Makedoniya millisində də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right