Azərbaycan milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Şimali Makedoniyanın qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv bu gün qarşılaşmanın keçiriləcəyi stadionda oyunöncəsi son məşqini həyata keçirib.
Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan görüşü Skopyedəki "Todor Proeski Milli Arena"da oynanılacaq və Bakı vaxtı ilə 17:00-da start götürəcək.










