"Azərbaycan Premyer Liqasının ilk turunda "Xəzər Lənkəran”a məğlubiyyət komandada ruh düşkünlüyü yaratmışdı. "Neftçi” ilə oyunda isə bütün gücümüzü ortaya qoyaraq qələbə qazandıq. Bu qələbə isə futbolçularda böyük inam yaratdı. Biz qələbəyə layiq oyun göstərdik. Amma "Neftçi”nin qapıçısının inamlı oyunu, hesabın böyük olmasına imkan vermədi".
Newsport.az-ın məlumatına görə, bu sözlər "İnter”in kapitanı Səlahət Ağayevə məxsusdur. Ağayev komandasının durumu barədə danışıb: "Komanadada durum stabildir. Rəhbərliklə söhbətimiz olsa da, görüşümüz olmayıb. Amma sponsorumuz komandanı saxlamağı öhdəsinə götürüb. Hər şeyin yaxşı olacağına inanırıq.”