"Neftçi" və "Sabah"ın futbolçuları Gürcüstanı məğlubiyyətdən xilas edə bilmədilər

Gürcüstan millisi BƏƏ toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib.

Newsport.az xəbər verir ki, qonşu ölkə Mərakeşlə qarşılaşıb. 

Gürcülər DÇ-2022-nin iştirakçısı ilə matçda 0:3 uduzub. 

Bu oyunda Gürcüstan millisinin heyətində "Neftçi" və "Sabah"ın futbolçuları da meydana çıxıb. "Ağ-qaralar"ın müdafiəçisi Solomon Kverkveliya əsas heyətdə oynayıb, 78-ci dəqiqədə əvəzlənib. "Sabah"ın hücumçusu Davit Volkov isə 62-ci dəqiqədə komanda yoldaşının əvəzinə meydana daxil olub.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right