AFFA PFL və klublara top payladı

Misli Premyer Liqasında və Birinci Divizionda çıxış edən klubların istifadəsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində AFFA tərəfindən Peşəkar Futbol Liqasına 630 (altı yüz otuz) ədəd top verilib.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Misli Premyer Liqasında çıxış edən hər bir klub üçün 30 (otuz), Birinci Divizion komandarının hər birinə 20 (iyirmi) top ayrılıb. 30 (otuz) top isə PFL üçün nəzərdə tutulub.

Xatırladaq ki, mövcud əməkdaşlıq çərçivəsində əvvəlki mövsümlərdə də klublara “Nike” topları təqdim olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right