"İnter" - "Neftçi" matçından sonrakı qalmaqalın yeni görüntüləri

Dünən keçirilən "İnter" - "Neftçi" matçından sonra qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, hakimin final fitindən sonra "Neftçi" fanatları klubun icraçı direktoru Elnur Məmmədovu istefaya səsləyiblər. 

Qonaq komandanın futbolçuları isə fanatlara tərəf gedərək, onlara dəstəklərinə görə minnətdarlıq etmək istəyiblər. 

Bu, məğlubiyyətdən narazı olan fanatları özündən çıxarıb. Hətta tribunadakı tərəfdarlardan biri - Nurlan meydana daxil olaraq futbolçularla mübahisə edib. "Neftçi"nin üzvləri Araz Abdullayevlə Rahil Məmmədov azarkeşə yumruq atıblar. 

Araya girən "ağ-qaralar"ın sabiq futbolçusu, hazırda "İnter"də çıxış edən Mirhüseyn Seyidov onları sakitləşdirməyə çalışıb.

Daha sonra polis hadisəyə müdaxilə edərək həmin azarkeşi meydandan çıxarıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right