"Qəbələ"nin futbolçusu: "Ağlamağım gəlirdi" MÜSAHİBƏ

"Qəbələ”nin futbolçusu Samir Zərgərovun Newsport.az-a  müsahibəsi:
 

-AZAL-la qarşılaşmada qol sevincini qeyri-adi şəkildə qeyd etdiniz. Cavid Hüseynovun formasını arenada dalgalandırdınız. Bunu yerli futbolçular arasında düşünmüşdünüz?
-Əslində bu suala cavab vermək istəmirəm. Cavid haqqında danışmağa 
ehtiyyac yoxdur. Bütün Azərbaycan futbolu bilir ki, Cavid günahsızdır. Həmin oyunda da, biz Cavidə belə dəstək olduq. İstər yerli, istərsə də, llegioner oyunçular Cavidin günahsız olduğunu bilirlər.

 -Qarşıda "Panatinaikos”la oyun var. Şansları necə dəyərləndirirsən?
-Rəqibin oyunlarını izləmişik və izləyirik. Sizdə bilirsiniz ki, rəqibimiz ən güclü komandalardan biridir. Həmişə avroliqalarda oynayıb. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
 
-Səfərdə azarkeşlərin təxribat edəcəyindən çəkinmirsiniz? Çünki Kiprdə "Apollon”la oyunda müəyyən problemlər olmuşdu...
-Mən bir dəfə "İnter”də oynayan zaman Yunanıstan klubuna qarşı oynamışam. Biz həmin vaxt heç bir problemlə qarşılaşmamışdıq. Amma "Apollon”la oyunda problemlər oldu. Bayrağımızı yandırdılar. Bunu insalığa yaraşdırmaq olmaz. Şəxsən mənim ağlamağım gəlirdi. İndi də, yandırılan bayrağın şəkillərini görəndə özümü çox piss hiss edirəm.
 
-Yuananıstan mətbuatında yer alan məlumata görə, yunanlar baş verən hadisələrə görə Bakıya gəlməyə qorxurlar...
-"Apollon”la qarşılaşmada Bakıda çox iğtişaş olmadı. Biz onların etdiklərinin 1%-ni etmədik. Amma biz orada saatlarla aranın sakitləşməsini gözlədik.  Qorxuya əsas olmadığını düşünürəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right